500-cü oyun Danimarkaya qarşı
Dünya çempionatı seçmələrində oyunu heç alınmayan Türkiyə yığması nöqsanlarını yoldaşlıq matçlarında aradan qaldırmağa çalışacaq. İdman.com.az saytının məlumatına görə, noyabrın 14-də İstanbulda Danimarka yığmasına qarşı keçiriləcək oyunun özəlliyi ondadı ki, bu matç 89 illik tarixi olan Türkiyə millisinin 500-cü görüşü olacaq.

Türikyə yığması buna qədər oynadığı 263 rəsmi və 236 yoldaşlıq oyununda ümumilikdə 180 qələbə qazanıb, 116 görüşü heç-heçə başa vurub və 203 dəfə məğlub olub. Vurulan 646 qolun müqabilində 745 qol buraxılıb.
Bu sırada Danimarka ilə rəqabətə gəldikdə, 1962-ci ildən bəri 5 yoldaşlıq oyununda və 3 rəsmi görüşdə 1 qələbə, 4 hç-heçə və 3 məğlubiyyət var. Top fərqi isə 6-10-dur.

Xəbər 1056 dəfə oxundu.