Azərbaycan Qılıncoynatma Federasiyasının nümayəndəsi beynəlxalq kursa qatılıb
İtaliyanın Riççione şəhərində Avropa Qılıncoynatma Konfederasiyasının Həmrəylik Proqramı menecerlər üçün yarışların təşkili ilə bağlı kurs təşkil olunub.

Avropanın 12 ölkəsinin menecerlərinin dəvət aldığı kursda ölkəmizi milli federasiyanın meneceri Adilə Əhmədova təmsil edib.

Avropa Qılıncoynatma Konfederasiyasının prezidenti Corcio Skarsonun rəhbərliyi altında keçirilən kursu uğurla bitirən menecerlər sertifikatla təltif olunublar.

Xəbər 166 dəfə oxundu.