Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçiriləcək | |
Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçiriləcək. "Sabah" və "Gəncə" komandaları "Sərhədçi" İdman Mərkəzində üz-üzə gələcəklər. Qarşılaşma saat 19:30-da start götürəcək. Mayın 20-də keçirilən ilk görüşdə paytaxt təmsilçisi qələbə qazanıb - 71:69. Final seriyasının növbəti matçı mayın 24-də oynanılacaq. Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Üç oyundan sonra qalib bilinməsə, mayın 27-də dördüncü və mayın 30-da beşinci duel baş tutacaq. Qeyd edək ki, daha əvvəl NTD "AAAF Xırdalan"ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb. |
|
Xəbər 149 dəfə oxundu. |
|
|