UEFA Çempionlar Liqası: Bernardu Silva həftənin ən yaxşı futbolçusu seçilib
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Bu ada İngiltərənin "Mançester Siti" klubundan Bernardu Silva layiq görülüb.

Bernardu Silva azarkeşlərin səsverməsinə əsasən ən yaxşı seçilib.

Portuqaliyalı yarımmüdafiəçi doğma meydanda İspaniyanın "Real Madrid" komandasına 4:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

Qeyd edək ki, "Mançester Siti" iyunun 10-da Çempionlar Liqasının finalında İtaliyanın "İnter" klubu ilə üz-üzə gələcək.

Xəbər 116 dəfə oxundu.