“Qəbələ”nin məşqçisi beş oyunluq cəzalandırılıb
“Qəbələ” futbol klubunun əvəzedici komandasının məşqçisi Elçin Rzazadə beş oyunluq cəzalandırılıb.

Buna səbəb qapıçılar üzrə məşqçinin “Zaqatala”ya qarşı Birinci Divizionun XXIX tur matçından sonra rəsmi şəxslərə qarşı qeyri-etik ifadələr işlətməsi olub.

AFFA İntizam Komitəsi həmin oyunda qırmızı vərəqə alan E.Rzazadəyə beş matçlıq cəza tətbiq etməklə yanaşı, klubunu da 400 manat məbləğində cərimələyib.

Qeyd edək ki, “Zaqatala” – “Qəbələ-2” oyunu 2:2 hesabı ilə başa çatıb.

Xəbər 112 dəfə oxundu.