Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçiriləcək
Mayın 26-da AFFA-nın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol üzrə miniturniri keçiriləcək.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq turnirdə 10 komanda - AFFA, PFL, klublar, hakimlər, veteranlar, media, könüllülər, SOCAR, BOS və sponsorlar iştirak edəcəklər.

Komandalar hər birində beş kollektiv olmaqla, iki qrupa bölünəcəklər. Qruplarda birinci yeri tutan komandalar arasında qalibi müəyyənləşdirmək üçün final oyunu baş tutacaq.

Turnirə saat 16:30-da start veriləcək. Final görüşü saat 20:00-da başlayacaq. Matçlar Bakı Olimpiya Stadionunun əsas meydanında keçiriləcək.

Xəbər 106 dəfə oxundu.