İngiltərə kuboku yarışlarının final oyunu təxirə salına bilər
Futbol üzrə İngiltərə kuboku yarışlarının final oyunu təxirə salına bilər.

Buna səbəb “Mançester Siti”nin UEFA Çempionlar Liqasının finalına yüksəlməsidir.

Mançester təmsilçisi iyunun 10-da həlledici qarşılaşmada “İnter”lə üz-üzə gələcək. Rəhbərlik komandanın görüşə yaxşı hazırlaşması üçün iyunun 3-dəki ölkə kubokunun başqa vaxta keçirilməsini istəyir.

Qeyd edək ki, “Mançester Siti”nin İngiltərə kuboku yarışlarının finalında “Mançester Yunayted”lə qarşılaşacaq.

Xəbər 143 dəfə oxundu.