Astarada keçiriləcək basketbol turnirində qruplar və təqvim müəyyənləşib
3x3 basketbol üzrə dünya qadın seriyasında Astara mərhələsinin qrupları və təqvimi müəyyənləşib.

Yarışda 12 komanda 4 qrupda mübarizə aparacaq.

A qrupunda Almaniya, Misir, Ukrayna, B qrupunda Çin, Çexiya və Avstriya, C qrupunda Polşa, “Yuanda” klubu (Çin), Azərbaycan, D qrupunda isə Rumıniya, Macarıstan və "Neftçi" klubu yer alıb.

Reqlamentə əsasən, ilk iki yeri tutmuş kollektivlər dörddəbir final mərhələsinə vəsiqə qazanacaqlar. Astara mərhələsinin açılış oyunu mayın 20-də saat 12:40-da Almaniya və Ukrayna seçmələri arasında baş tutacaq.

Azərbaycan yığmasının ilk matçı saat 13:30-da Polşa millisinə, "Neftçi" klubunun oyunu isə saat 13:55-də Rumıniya seçməsinə qarşı olacaq.

Xəbər 123 dəfə oxundu.