“Roma” UEFA Avropa Liqasının ilk finalçısıdır
Futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçirilib.

Səfərdə Almaniyanın “Bayer Leverkuzen” klubu ilə qolsuz heç-heçə edən “Roma” bu turnirdə ilk finalçı olub.

Qeyd edək ki, komandalar arasında Romada keçirilən ilk oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşmışdı 1:0.

“Roma”nın finaldakı rəqibi “Sevilya”-“Yuventus” cütünün qalibi olacaq.

Xəbər 110 dəfə oxundu.