Almaniyalı gimnast: Azərbaycandan həmişə xoş təəssüratlarla ayrılıram
Təsnifat mərhələsindəki çıxışımdan razı qaldım. Halqa ilə çıxışımı səhvsiz başa vurdum. Ancaq bir məqamda tarazlığı qoruya bilmədim. Topa ilə yarışlarda iki çətin element yerinə yetirdim.

Bu sözləri Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatının iştirakçısı almaniyalı Marqarita Kolosov deyib.

Bakıya ilk dəfə 2018-ci ildə səfər etdiyini bildirən gimnast deyib ki, o zaman gənclər arasında yarışda iştirak edirdim. Burada insanlar çox qonaqpərvərdir. Həmin vaxt könüllülərin biri ilə dost oldum və Bakının gözəl məkanlarını mənə gəzdirdi. Azərbaycandan həmişə xoş təəssüratlarla ayrılıram.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top proqramında güclərini sınayacaqlar.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Yarışa mayın 21-də yekun vurulacaq.

Xəbər 130 dəfə oxundu.