Rəşad Rəsullu: Dünya çempionatında əldə olunan nəticə bizi qane etmədi
Dünya çempionatında əldə olunan nəticə bizi qane etmədi. İdmançılarımızın potensialından çıxış edərək yüksək nəticələrin olacağına inanırdıq.

Bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu mayın 18-də jurnalistlərlə görüşündə deyib.

Baş katib bildirib ki, dünya çempionatda 4 qadın cüdoçumuz iştirak etmişdi. Biz kişi yığma komandasına olduğu kimi, qadınlardan ibarət yığmamıza da diqqət və qayğı ilə yanaşırıq. Əminik ki, qadınlardan ibarət yığmamız gələcəkdə çox yaxşı nəticələr əldə edəcək.

Qeyd edək ki, Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını Azərbaycan millisi bir medalla başa vurub. Zelim Kotsoyev (100 kq) komandamıza bürünc medal qazandırıb.

Xəbər 122 dəfə oxundu.