“Qitələrarası kubok”da
Sərbəst güləşçilərdən ibarət milli komandamız oktyabrın 20-21-də Dağıstanın Xasavyurt şəhərində keçiriləcək sayca 4-cü “Qitələrarası kubok” beynəlxalq turnirində iştirak edəcək. Güləş Federasuyasından idman.com.az saytına verilən xəbərə görə, turnirdə 9 idmançımız qüvvəsini sınayacaq.

Baş məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi ilə Xasavyurdda Mahmud Məhəmədov, Namiq Sevdimzadə, Azər Paşayev (hər üçü - 55 kq), Ağahüseyn Mustafayev (60 kq), Emin Əzizov (66 kq), İlya Xamikoyev (84 kq), Aslanbəy Alborov (96 kq), Əli İsayev və Aslan Cəbisov (hər ikisi - 120 kq) mübarizə aparacaqlar.

Xəbər 965 dəfə oxundu.