Bakıda keçiriləcək paracüdo üzrə Qran-Pri turnirinin Təşkilat Komitəsi fəaliyyətə başlayıb
Sentyabrın 25-26-da Bakıda keçiriləcək paracüdo üzrə Qran-Pri turnirinin Təşkilat Komitəsi fəaliyyətə başlayıb.

Komitəyə sədrliyi Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli şəxslərin İdman Assosiasiyasının (IBSA) vitse-prezidenti İlqar Rəhimov edəcək.

AMPK-nın prezidentin köməkçisi, idman şöbəsinin müdiri Kamal Məmmədov Təşkilat Komitəsinin sədr müavini təyin edilib.

Beynəlxalq Görmə Məhdudiyyətli şəxslərin İdman Assosiasiyasının cüdo komitəsinin Avropa üzrə koordinatoru Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının idman direktoru, cüdonun təşkili və inkişafı şöbəsinin müdiri Kamran Talıbov, Azərbaycan Cüdo Federasiyasının yarışların təşkili meneceri Ağayar Axundzadə, Paralimpiya çempionu Afaq Sultanova, AMPK-nın beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı, Maliyyə və təsərrüfat şöbəsinin müdiri Afər Məhərrəmov, mətbuat katibi Azər Tapdıqov və idman şöbəsinin tibb üzrə aparıcı mütəxəssisi Saday Abdullayev Bakı Qran-Prisinin Təşkilat Komitəsinin üzvləri təyin ediliblər.

Qeyd edək ki, para-cüdo üzrə Qran-Pri paytaxt Bakıda sayca üçüncü dəfə keçiriləcək.

Xəbər 114 dəfə oxundu.