Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi müəyyənləşib
Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi müəyyənləşib.

Mayın 20-də "Sabah" və "Gəncə" komandaları arasında baş tutacaq final seriyasının oyunlarına start veriləcək.

Final seriyasında ikinci oyun mayın 22-də, növbəti matç isə ayın 24-də keçiriləcək. Oyunlar “Sərhədçi” İdman Mərkəzində saat 19:30-da başlayacaq.

Reqlamentə əsasən, final seriyasında ən tez üç qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq. Bundan əlavə, mayın 19-da NTD və "AAAF Xırdalan" komandaları arasında bir oyundan ibarət üçüncü yer uğrunda görüş baş tutacaq.

Xəbər 122 dəfə oxundu.