Şahin Diniyev: Premyer Liqadakı yerimizi qorumaqdan başqa böyük hədəfimiz yoxdur
“Səbail” komandasının hazır ki, durumu hamıya məlumdur. Komanda olaraq qarşımızda duran ən başlıca vəzifə Premyer Liqadakı yerimizi qoruyub saxlamaqdır.

Bu sözləri açıqlamasında “Səbail” klubunun baş məşqçisi Şahin Diniyev deyib.

Baş məşqçi Premyer Liqanın son iki qarşılaşmasının onlar üçün final oyununa bərbabər olduğunu qeyd edib.

“Premyer Liqadakı yerimizi qorumaqdan başqa böyük hədəfimiz yoxdur. Komandada hər hansı cəzalı və ya zədəli oyunçumuz yoxdur. Qarşıdan gələn oyunlara hazırlaşırıq. “Turan Tovuz” və “Şamaxı” komandaları ilə baş tutacaq qarşılaşmalar bizim üçün çox böyük əhəmiyyət kəsb edir. “Səbail” komandası öz üzərinə düşən məsuliyyəti anlayır. Düşünürəm ki, hər şey uğurla nəticələnəcək və qarşımıza qoyduğumuz məqsədə nail olacağıq”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, “Səbail” futbol klubu 34 oyundan sonra 25 xalla Azərbaycan Premyer Liqasının turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb. Bakı təmsilçisi turnir cədvəlində sonuncu pillədə qərarlaşan “Şamaxı”nı 1 xal qabaqlayır.

Xəbər 123 dəfə oxundu.