Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.

Təxirə salınmış oyunda “Sumqayıt” komandası “Sabah”ı qəbul edəcək.

Hazırda paytaxt klubu 77 xalla turnir cədvəlində ikinci, “Sumqayıt” isə 28 xalla səkkizinci pillədə qərarlaşıb.

“Kapital Bank Arena”da keçiriləcək matç saat 19:30-da başlayacaq.

Bu görüş “Sabah”ın Türkiyənin “Beşiktaş” komandası ilə keçirdiyi xeyriyyə matçına (3:3) görə təxirə salınıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Kəpəz"lə, "Neftçi" "Şamaxı" ilə 1:1 hesablı sülhə razılaşıb, "Turan Tovuz" Qəbələdə eyniadlı komandanı 2:1, "Qarabağ" isə səfərdə "Səbail"i 3:0 hesabı ilə məğlub edib.

Xəbər 115 dəfə oxundu.