Badminton üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bir nömrəli idman liseyinin zalında 15 yaşadək badmintonçular arasında Bakı birinciliyinə yekun vurulub.

Oğlanların şəxsi yarışında Əli Gözəlov, qızlarda isə Aysu Kərimzadə birinci olublar.

Oğlanların qoşa yarışında Əli Gözəlov-Fazil Quliyev, qızlarda Leyla Camalzadə-Aysu Kərimzadə, qarışıq qoşa kateqoriyada isə Əli Gözəlov-Leyla Camalzadə qızıl medal qazanıblar.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalibləri diplom və medallarla təltif ediliblər.

Xəbər 149 dəfə oxundu.