Azərbaycanda təşkil olunacaq taekvondo üzrə dünya çempionatında rekord qeydə alınacaq
Bakıda təşkil olunacaq taekvondo üzrə dünya çempionatında rekord qeydə alınacaq.

ilk dəfə dünya çempionatları tarixində 145 ölkədən idmançılar medallar uğrunda mübarizə aparacaqlar. 2009-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən analoji yarışda 143 ölkədən idmançılar dayanq üzərinə çıxıblar.

Ölkəmizdə təşkil olunacaq yarışda 986 taekvondoçu gücünü sınayacaq.

Beynəlxalq Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf edən çempionata, ümumilikdə, 190 ölkədən 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.

Xəbər 110 dəfə oxundu.