Ataman Güneyligil: Avropa çempionatında yüksək nəticələr əldə etməyi hədəfləyirik
Voleybolu Azərbaycanda inkişaf etdirmək üçün üç istiqamət seçmişik.

Bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinə baş məşqçi təyin olunan türk mütəxəssis Ataman Güneyligil mayın 16-da təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis qeyd edib ki, əvvəlcə Avropa çempionatında yüksək nəticələr əldə etməyi hədəfləyirik. Bunun üçün komanda ciddi hazırlıq prosesi keçəcək. Daha sonra gənc nəslin idmanın bu növünə olan marağının artırılması məqsədi ilə müxtəlif yaş qrupları üzrə komandalar formalaşdıracağıq və onların çıxışını təhlil edəcəyik. Sonuncu istiqamət isə yerli məşqçilərlə fikir mübadiləsi apararaq seminarlar keçirəcəyik. Bütün bunları imzalanmış üç aylıq müqavilə müddətində həyata keçirməyi planlaşdırırıq.

Xəbər 133 dəfə oxundu.