Voleybol üzrə Azərbaycan çempionatlarında komandaların sayı artırıla bilər
Azərbaycanda voleybolun inkişafı məqsədilə Məşqçilər Korpusu yaradılacaq.

Bu sözləri Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov mayın 16-da təşkil olunan mətbuat konfransında deyib.

Şahin Bağırov bildirib ki, federasiyanın və klubların birgə əməkdaşlığı sayəsində bütün yaş qrupları üzrə peşəkar məşqçi qrupu yaratmalıyıq. İdmana həvəsi olan uşaqları sıralarımıza cəlb etməliyik. Həmçinin ölkə çempionatında çıxış edən klubların sayının artırılması da əsas işimizdir. Bununla yanaşı, məşhur idmançıların iştirakı ilə seminar və treninqlərin təşkili də nəzərdə tutulub.

Xəbər 127 dəfə oxundu.