Şahin Bağırov: Azərbaycanda voleybol idman növü yetərincə populyardır
Azərbaycanda voleybol idman növü yetərincə populyardır. İdmanın bu növünə dəstək göstərən insanlar çoxluq təşkil edir. Kişi və qadınlardan ibarət komandalarımız beynəlxalq arenada yaxşı nəticələr əldə edirlər.

Bu sözləri Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov mayın 16-da təşkil olunan mətbuat konfransında deyib.

Federasiya prezidenti qeyd edib ki, əsas məqsədimiz ölkəmizdə voleybolun populyarlığını artırmaq və idmanın bu növündə kütləviliyi təmin etməkdir. Biz, həmçinin bütün yaş qrupları üzrə komandaların inkişaf etdirilməsini düşünürük. İnfrastruktur məsələsi ilə də bağlı bir sıra proseslər həyata keçiririk. Bölgələrdə idmanın bu növünə olan marağın artırılması istiqamətində Elm və Təhsil, Gənclər və İdman nazirlikləri ilə birgə əməkdaşlıq çərçivəsində bir sıra layihələr təşkil edəcəyik. Olimpiya mərkəzlərində voleybol məşqlərinin keçirilməsi üçün əlverişli şərait yaradacağıq.

Xəbər 112 dəfə oxundu.