Azərbaycan basketbol tarixində ilk: Astara dünya seriyasının oyunlarını qəbul edəcək
Mayın 20-21-də Astarada qadınlar arasında 3x3 basketbol üzrə dünya qadın seriyasının oyunları keçiriləcək.

Turnirdə 3x3 qadın milli komandamızla yanaşı, ikisi klub olmaqla, ümumilikdə, 12 komanda iştirak edəcək.

Turnirdə Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriyanın yığma komandaları, Çinin "Yuanda" və yerli "Neftçi" klubları da seriyada mübarizə aparacaqlar.

Qeyd edək ki, 3x3 basketbol üzrə dünya qadın seriyasının oyunları Astara şəhər bulvarında keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 122 dəfə oxundu.