AEK klubu 13-cü dəfə Yunanıstan çempionu olub
Futbol üzrə Yunanıstan çempionatının 2022-2023-cü il mövsümünə yekun vurulub.

Qalib çempionatın sonuncu – XXXVI turunda bəlli olub. Belə ki, çempionluğa AEK və “Panatinaikos” klubları iddia ediblər. Lakin sonuncu turda AEK “Volos”u 4:0 hesabı ilə məğlub etsə də, “Panatinaikos” “Aris” ilə heç-heçə edib – 1:1.

Xallarının sayını 83-ə çatdıran AEK çempionluğu bayram edib.

“Panatinaikos” Yunanıstan çempionatını ikinci, “Olimpiakos” isə üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, AEK 13 dəfə Yunanıstan çempionu olub və 15 dəfə ölkə kubokunu qazanıb.

Xəbər 108 dəfə oxundu.