Azərbaycan voleybolçusu Yelizaveta Ruban Rumıniya kubokunun qalibi olub
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Yelizaveta Ruban Rumıniya kubokunun qalibi olub.

Bu mövsün Rumıniya çempionatında üçüncü olan "CSM Lugoj" klubu ölkə kubokuna da sahib çıxıb.

Kubok yarışının finalında Y.Rubanın şərəfini qoruduğu "CSM Lugoj" klubu "CSM Targoviste" ilə üz-üzə gəlib. Həlledici görüşdə rəqibinə 3:1 hesabı ilə qalib gələn "CSM Lugoj" Rumıniya kubokunu qazanıb.

Qeyd edək ki, möhtəşəm oyunu ilə yadda qalan voleybolçumuz, həmçinin MVP seçilib.

Xəbər 121 dəfə oxundu.