Gənc cüdoçularımız Litvadan iki medalla qayıdıb
Litvanın Kaunas şəhərində keçirilən gənc cüdoçular arasında Avropa kuboku turnirində Azərbaycan millisi iki medal əldə edib.

Qızların mübarizəsində Leyla Dəmirova (48 kq) və Nigar Süleymanova (78 kq ) bürünc medal qazanıblar.

Qeyd edək ki, digər cüdoçularımız Rita Əliyeva (52 kq), Pərvanə Abdullayeva (70 kq), Nərmin Əmirli (78 kq) beşinci, Gülnarə Bayramova və Nuray Quliyeva (hər ikisi 57 kq) isə yeddinci yerlə kifayətləniblər.

Xəbər 111 dəfə oxundu.