“Qarabağ”dan 18-ci titul: Rekord təkrarlanıb
Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümünün çempionu olan “Qarabağ” tarixinin 18-ci titulunu qazanıb. Ağdam klubu 10-cu dəfə ölkə çempionatının qızıl medallarını qazanıb.

Komanda 1993-cü, 2013-2014-cü, 2014-2015-ci, 2015-2016-cı, 2016-2017-ci, 2017-2018-ci, 2018-2019-cu, 2019-2020-ci və 2021-2022-ci il mövsümlərində də bu titulu əldə edib.

“Qarabağ”ın hesabında 7 kubok (1993-cü, 2005-2006-cı, 2008-2009-cu, 2014-2015-ci, 2015-2016-cı, 2016-2017-ci, 2021-2022-ci) və 1 Superkubok (1993-cü) da var.

Ağdam təmsilçisi bununla da titul sayında Azərbaycan rekordunu təkrarlayıb. “Neftçi”nin də hesabında 18 titul var. Bakı klubu 9 çempionluq, 6 kubok, 2 Superkubok və 1 “Birlik kuboku” qazanıb.

Xəbər 102 dəfə oxundu.