Anar Nəzirov “Zirə”nin heyətində 100-cü çempionat oyununu keçirib
Anar Nəzirov “Zirə” klubunun heyətində 100-cü çempionat oyununu keçirib.

28 yaşlı qapıçının yubileyi Azərbaycan Premyer Liqasının 34-cü turuna təsadüf edib.

O, “Kəpəz”lə ev matçında (1:1) 90 dəqiqə meydanda olub. Futbolçu klub tarixinə Premyer Liqada 100 və daha çox görüşdə iştirak edən 3-cü oyunçu kimi düşüb. Onadək yalnız İlkin Muradov (114) və Təmkin Xəlilzadə (102) buna nail olub.

2015-2019-cu illərdə “Zirə”nin formasını geyinən A.Nəzirov 2021-ci ildə yenidən komandaya qayıdıb. O, bu matçlarda 111 qol buraxıb.

Qeyd edək ki, A.Nəzərov “qartallar”ın heyətindəki ilk çempionat qarşılaşması 2015-ci il avqustun 9-da baş tutub. “Zirə” Premyer Liqadakı debüt görüşündə AZAL-a 1:0 hesabı ilə qalib gəlib.

Xəbər 112 dəfə oxundu.