Paraüzgüçümüz Vəli İsrafilov dünya seriyası yarışında gümüş medal qazanıb
Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyası yarışında ikinci olub.

Yarışda 200 metr məsafəyə brass üsulla üzgüçülük yarışlarında 2 dəqiqə 25.93 saniyəlik nəticə ilə gümüş medal qazanıb.

Millimizin digər üzvü Könül Süleymanova 100 metr məsafəyə arxasıüstə üzmə yarışlarında 3 dəqiqə 36.77 saniyə nəticə göstərərək, dünya çempionatına lisenziya əldə edib.

Xəbər 159 dəfə oxundu.