FİFA Hitsfeldin hərəkətinə baxacaq
İsveçrə yığmasının baş məşqçisi Ottmar Hitsfeld 2014-cü il dünya çempionatının seçmə mərhələsində Norveçə qarşı oyunda hakimə ünvanlanan hərəkətinə görə cəzalandırıla bilər. İdman.com.az saytının məlumatına görə, matç zamanı alman mütəxəssis referi David Fernandes Borbalana orta barmağını göstərib.

FİFA təmsilçiləri qurumun müvafiq qərar qəbul etmək məqsədilə bu məsələni araşdıracağını bildiriblər. FİFA-nın Nizam-intizam komitəsinin rəhbəri Marsel Matye isveçrəli olduğundan, araşdırmalara onun müavini – venesuelalı Rafael Eskuiel rəhbərlik edəcək.

Xəbər 1049 dəfə oxundu.