San Marino futbolçularının peşələri
Cümə günü «Uembli»də ingilislərin darmadağın etdiyi San Marinonun belə məğlubiyyəti təbiidir. İdman.com.az saytının məlumatına görə, dünyanın ən kiçik dövlətlərindən olan San Marinonun bütün əhalisi belə «Uembli»nin tribunalarını yarıya qədər doldura bilməz. Burada vur-tut 32 min əhali yaşayır. Ölkənin yığmasında belə müxtəlif peşələrə sahib adamlar oynayır.

Elə sözügedən oyunda start heyətinə çıxan futbolçuların peşələrinə diqqət edək: Aldo və Davide Simonçinilərin ixtisası müsahiblikdir; Fabio Vitayoli bar sahibidir, Alessandro Della Vale bank işçisidir, Enriko Çibelli barmendir. Matteo Koppini zeytun, Danilo Ezekyel Rinaldi mebel, Aleks Qasperoni isə enerji şirkətində çalışırlar. Kristian Brolli və Mikele Çervellini hələ tələbədilər. Tək Mirko Palassinin işi elə futbolçu olmaqdır. Baş məşqçi Campaolo Massa isə bədən tərbiyəsi müəllimidir.

Xəbər 1115 dəfə oxundu.