Azərbaycan boksçusu Alfonso Dominqes dünya çempionatının finalına yüksəlib | |
Azərbaycan millisinin boksçusu Alfonso Dominqes Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında finala yüksəlib. Çempionatda 86 kiloqram çəki dərəcəsində rinqə çıxan Olimpiya mükafatçısı yarımfinalda Georgi Kuşitaşvili (Gürcüstan) ilə qarşılaşıb. O, hər 3 raundu xeyrinə bitirib. Təmsilçimiz yekunda rəqibini 5:0 hesabı ilə məğlub edib. Dünya çempionumuz final döyüşünə mayın 14-də çıxacaq. Qeyd edək ki, axşam saatlarında millinin daha bir boksçusu – Məhəmməd Abdullayev (+92 kq) də yarımfinal döyüşünə çıxacaq. O, həlledici görüşə vəsiqə uğrunda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək. |
|
Xəbər 125 dəfə oxundu. |
|
|