Dünya kuboku: Macarıstanlı atıcı Zalan Pekler Bakıda qızıl medala sahib olub
Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku yarışlarında daha bir növdə mükafatçılar bəlli olub.

Kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma yarışının final mərhələsində 8 idmançı mübarizə aparıb.

Macarıstanlı Zalan Pekler 252,4 xalla bütün rəqiblərini qabaqlayaraq birinci olub. Hindistan təmsilçisi Hriday Hazarika 251,9 xalla yarışı ikinci, çinli Lihao Şenq 230,5 xalla üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, yarışlara dünyanın 66 ölkəsindən 623 idmançı qatılıb. İdmançılar güllə atıcılığının 10 növündə qələbə uğrunda mübarizə aparırlar.

Xəbər 164 dəfə oxundu.