La Liqanın 5 il ömrü qalıb?
İspan La Liqasında heç bir inkişaf görünmür – inkişafda yalnız iki aparıcı klub olan «Barselona» və «Real»dı. Bu cür hal da məşhur kataloniyalı mütəxəssis, iqtisadiyyat doktoru Xose Mariya Qay de Leban La Liqa barədə bədbin fikirlərə qərq edib. O, ənənəvi olaraq, İspaniyada bir nömrəli idman növünün illik təhlilini təqdim edib. Təhlilin əsasını isə o məsələ təşkil edir ki, artıq neçə ildi iki nəhəng yeni-yeni maliyyə yüksəkliklərini fəth edir, «liqanın qalan hissəsi»nə ayrılan qrupdakı klublar isə yerindəcə sayırlar və hərdən-bir qitə turnirlərində üzə çıxıb Avroliqa qalibi və ya Avropa Superkubokunun sahibi kimi titullar əldə edə bilirlər.

İdman.com.az saytı xəbər verir ki, alimin məruzəsini oxuduğu konfransda çıxışının əvvəli dinləyiciləri biganə qoysa da, növbəti kəlmələri zalı yerindən oynadıb: «İspan futbolu ölməkdədir. Onun maksimum 5 il ömrü qalıb».

Futbolçuları dünya və Avropa çempionu adlarını daşıyan bir ölkə üçün bundan artıq partlayışa səbəb olacaq bir bəyanat düşünmək çətindi. Hesabat ölümcül zərbəyə bənzər bir xülasə ilə tamamlanıb: «Gələcək yoxdur!»
Deyilənlərə izahat da bu fikirlər də səslənib: «Futbol ölkənin iqtisadiyyatından kənar yaşaya bilməz. İspaniyada isə o, çətinliklə nəfə alır. Oyunçulara verməyə pul yoxdur. Qarşılıqlı borclar çox böyükdü. Büdcəyə vergi ödəmələri üzrə isə artıq ödənilməz həddə gəlib çatıb».

Hesabatda sağ qalmaq iqtidarında yalnız «Valensiya» (119 milyon), «Atletiko» (99,9) və «Sevilya» (82,9) göstərilir. Hətta son ildə hərəyə yarım milyarddan çox qazanmış iki nəhəngin fonunda da, bu komandaların göstəriciləri hörmətə layiqdi. Lakin bu komandaların məsrəf balansı da elə gəlirin həddinə gəlib çatır, bəzən isə onu da aşır. Belə vəziyyətdə La Liqanın mənfi balanslı digər 15 üzvündən heç danışmağa dəyməz.

La Liqa klublarının 2010-2011-ci illər mövsümündə gəlir həcmi 1 milyard 669 milyon avro olub. Eyni dövrün məsrəf göstəricisi isə 1 milyard 830 milyondu.
Əsas xərcləri futbolçuların maaşları aparır. La Liqada minimum illik maaş 120 min avro həddində müəyyənləşib. Orta hesabla isə ispan futbolçu ildə 600 min avro qazanır. Yuxarı hədlər isə hər kəsə məlumdu. Sadəcə Messi və Ronaldonun adlarını çəkmək kifyayətdir. Bu halda «maliyyə xərcləri yürüşü»nün temp idə azalmır.

La Liqanın xilas yollarının axtarışında Qay de Leban Avropanın «böyük beşlik» ölkələrinin digərlərini nəzərdən keçirib.
«İngiltərə Premyer Liqasının modeli maliyyə cəhətdən iflas həddindədi. Onun üçün xilas yolu Roman Abramoviçin klubundakı kimi maliyyə itkilərini sahibin gəlirləri hesabına əvəzləməkdədi. «Beşlik»dən yalnız Bunldesliqanın yaşamağa şansı yaxşıdı. Orada stadion şəbəkəliri geniş inkişaf edib. Klubların məsrəfləri də ağıllı aparılır.

İspaniya üçün PSJ variantı qəbuledilməzdir. «Malaqa»ya şeyx Əl-Taninin pul qoyuluşu 3-cü superklubun yaranmasına gətirmədi. Ərəb mövsümqabağı əlini geri çəkib, komandanı daha maliyyələşdirməyəcəyini bəyan edib.
La Liqanın qara xətti artıq çəkilib. Martda nazirlər kabinetinin ali idman şurasının rəhbəri Migel Kardenal peşəkar liqaya rəsmi məktubunda klubların bir-birinə və vergilər nazirliyinə borclarının 752 milyonu aşmasını qeyd edərək, komandaları bu borcları ödəməyə çağırdı. Avropa çempionatından sonra Kardenal «ölüm xətti»ni iyulun 31-nə qoyub, bu müddətə borcluların La Liqadan Sequndaya enəcəyi ilə hədələdi. Klublar təhlükəni sovuşdurdular. Tək «Malaqa» mənfi balansı Kasorla və Roldanla vidalaşmaqla aradan götürdü. Qalanları əvvəlki vəziyyətdə qaldılar. «Atletiko» «mənfi 120 milyon»la yenə də heyəti gücləndirmək barədə düşünməyi davam etdi. «Deportivo» isə mənfi 50 milyonunu qorumaqdadır.

La Liqa ölkənin iqtisadiyyatı ilə bahəm aşağı yuvarlanır. Lakin bu birlik də onu batmaz edir. Avropa İttifaqı İspaniyanı xilas edərək, onun bank sisteminin normallaşdırılması üçün 60 milyard dollar ayırıb. Ölkə çörəklə təmin olunacaq. Deməli tamaşa üçün də maliyyə tapılacaq. Ən azından xalqın ən sevimli tamaşası – futbol üçün. Belə də La Liqada ölməyəcək. Doktor Leban əksini iddia etsə də.


Xəbər 1307 dəfə oxundu.