“Qarabağ” “Bakı” ilə oyunun hazırlıqlarını davam etdirir
“Qarabağ” “Bakı” ilə oyunun hazırlıqlarını davam etdirir. Premyer Liqanın IX turunda paytaxtın eyniadlı komandasını qəbul edəcək ağdamlılar gündə 2 dəfə məşq keçir.
Milli oyunlar səbəbindən komandadan ayrı düşən milli futbolçular sabahdan komandanın məşqlərinə qoşulacaqlar. Zədəli Əfran İsmayılov və Mustafa Səlim (Afroto) hələdə komandadan ayrı çalışır. Adıkeçən futbolçuların bakılılarla oyunu buraxacağı gözlənilir.

Xəbər 840 dəfə oxundu.