Azərbaycan paraüzgüçüsü Roman Saley dünya rekorduna imza atıb
Azərbaycan paraüzgüçüsü Roman Saley dünya rekorduna imza atıb.

Üçqat Paralimpiya çempionu Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında 1 dəqiqə 58.36 saniyəlik nəticə göstərib.

Dünya rekordunu yeniləyən idmançı yarışın final mərhələsinə vəsiqə qazanıb.

Roman Saley, həmçinin 100 metr məsafəyə butterfly, millimizin digər üzvü, Paralimpiya çempionu Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu yarışlarda finala yüksəliblə

Xəbər 168 dəfə oxundu.