Taekvondoçularımız dünya çempionatına Şamaxıda hazırlaşırlar | |
Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatına son hazırlıq üçün Şamaxıya yollanıb. Baş məşqçi Reza Mehmandostun rəhbərlik etdiyi yığma Şamaxı Olimpiya İdman Kompleksində təlim-məşq toplantısı keçir. Hazırlığa ölkəmizi mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək dünya çempionatında təmsil edəcək taekvondoçular qatılıb. Toplanışın gedişatı ilə yerində tanış olmaq üçün Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və İdarə Heyətinin üzvü Vüqar Məmmədov da Şamaxıya yollanıblar. Komanda ilə görüşən rəhbərlik onlara doğma divarlar arasında keçiriləcək çempionatda böyük ümidlər bəsləndiyini bildirib. |
|
Xəbər 120 dəfə oxundu. |
|
|