Zəhra Ənvərli: Gürcüstanda Heydər Əliyevin yubileyinə həsr olunmuş turnirdə iştirak etməkdən qürur duyuram
Tbilisidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turnirində iştirak etməkdən qürur duyuram. Turnirdə bir neçə ölkədən nümayəndə iştirak edirdi. Onların hamısı Heydər Əliyevə hörmət edən, onu sevən insanlar idi. Ona görə də belə bir insanlarla dünya azərbaycanlılarının lideri olan Heydər Əliyevin yubiley turnirində iştirak mənim üçün çox sevindirici idi.

Bu sözləri müsahibəsində dünya şöhrətli siyasi xadim, fenomen şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Tbilisidə keçirilən şahmat turnirinin iştirakçısı Zəhra Ənvərli söyləyib.

Gənc şahmatçı deyib: “Turnirdə məndən çox-çox yaşlı insanlarda var idi. Onlarla bir turnirdə oynamaq cürət tələb edirdi. Buna baxmayaraq, adımı qaliblər siyahısına yazdıra bildim. Amma mənim üçün əsas Ulu Öndərimizə həsr olunmuş turnirdə iştirak idi. Ona görə də mən ikiqat sevincliyəm. Ona görə ki, həm Ümummilli Liderimizin adına olan turnirdə iştirak etdim, həm də adımı qaliblər siyahısına yazdıra bildim”.

Xəbər 146 dəfə oxundu.