Tbilisidə Heydər Əliyevə həsr olunmuş şahmat turnirinin keçirilməsi fenomen şəxsiyyətə hörmətin əyani sübutudur
Bu il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, fenomen şəxsiyyət, gürcü xalqının da yaxın dostu Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Biz də bu bayrama qoşuluruq və dünyaşöhrətli siyasətçinin yubileyini azərbaycanlı qardaşlarımızla birlikdə qeyd edəcəyik.

Bu sözləri müsahibəsində Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili söyləyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Gürcüstan iki dost, qonşu ölkə olmaqla yanaşı, həm də strateji müttəfiqlərdir. Tbilisidə Azərbaycanın səfirliyinin təşəbbüsü ilə dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turnirinin keçirilməsi bizim münasibətlərimizin bütün sahələrdə olduğu kimi idman sahəsində də inkişafına təkan verir. Heydər Əliyev təkcə Azərbaycan və azərbaycanlılar üçün deyil, Gürcüstan və gürcülər üçün də çoxlu iş görüb. Ona görə də biz bu turniri böyük sevgi ilə keçiririk.

“Bu turnirdə təkcə azərbaycanlı və gürcü xalqlarının nümayəndələri deyil, digər xalqların da idmançıları iştirak edirlər. Bu da öz növbəsində Heydər Əliyev şəxsiyyətinə olan hörmətin, sevginin sübutudur”, - deyə A.İaşvili vurğulayıb.

Xəbər 135 dəfə oxundu.