Ronaldo daha bir rekorda imza atıb
Az qala hər gün bir rekord qıran “Real”ın və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb. Ulduz futbolçunun “Facebook”dakı izləyicilərinin sayı 50 milyona çatıb.
Bundan sonra “Facebook” vasitəsi ilə bir mesaj yayımlayan Ronaldo hər kəsə təşəkkür edib: “Bu rəqəmə çatmaq çox gözəl və qəribədi”.
Ronaldo bu saya çatan ilk idman olduzu olub. Ona 38 milyon izləyici ilə “Barselona”lı Lionel Messi izləyir. “Los Ancles Qalaksi”dən Devid Bekhemin 21, “Mançester Yunayted”dən Ueyn Runinin 10.5, “Real”dan Kakanın 18, “Santos”dan Neymarın 7 milyon izləyicisi var.

Xəbər 884 dəfə oxundu.