Bakıda Ulu Öndərin 100 illiyinə həsr olunmuş atıcılıq üzrə dünya kuboku yarışının açılış mərasimi olub
Bu gün Bakı Atıcılıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş atıcılıq üzrə dünya kuboku yarışının açılış mərasimi keçirilib.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Atıcılıq Federasiyasının, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionumuz Zemfira Meftahətdinova və Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının İdarə Heyətinin üzvü Fazil Hosni çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Tədbir bədii hissə ilə davam edib.

İdmançılar 10 Olimpiya kateqoriyası üzrə 10 dəst medal uğrunda mübarizə aparacaq.

Ölkəmiz üçüncü dəfədir dünya kuboku yarışlarına ev sahibliyi edir.

Xəbər 163 dəfə oxundu.