“Sabah” klubu Batumidə “Shota Cup” turnirini çempion kimi başa vurub
Bakının "Sabah" futbol klubunun U-11 komandası Gürcüstanın Batumi şəhərində keçirilən "Shota Cup" turnirində iştirak edib.

Qrup mərhələsində Gürcüstanın "Bombora Kobuleti" (5:0), "İmpulsi Batumi" (11:0) komandalarını məğlub edən, "Dinamo" (Batumi) ilə isə qolsuz bərabərə qalan baş məşqçi Məhərrəm Müslümzadənin komandası növbəti mərhələyə vəsiqə qazanıb.

"Sabah" dörddəbir finalda Türkiyənin “Çaykur Rizespor” komandasını minimal hesabla (1:0), yarımfinalda isə Gürcüstanın “Qldani” klubunu 2:0 hesabı ilə məğlub edib. Həlledici görüşdə yenidən Batumi “Dinamo”su ilə qarşılaşan “Sabah” əsas vaxtı 1:1 hesabı ilə bitən görüşün penaltilər seriyasında qalib gələrək (8:7) turniri çempion kimi başa vurub.

Xəbər 175 dəfə oxundu.