Stolüstü tennis üzrə “Top-8” turnirinin qalibləri müəyyənləşib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Top-8” ölkə turniri maraqlı mübarizə ilə yadda qalıb.

“Şüa” İdman Kompleksində təşkil olunan şəxsi xarakterli yarışda kişilərin həlledici görüşündə Adil Əhmədzadəni məğlub edən Hilal Həsənov baş mükafata layiq görülüb. Vəzir Allahverdiyev üçüncü yeri tutub.

Qadınların final qarşılaşmasında isə Mərziyyə Nurmətovaya qalib gələn Məryəm İmanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlüyü Aylin Əsgərova qapayıb.

Qeyd edək ki, “Top-8” turnirində son ölkə kuboku yarışını ilk səkkiz pillədə başa vuran idmançılar iştirak ediblər. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.

Xəbər 185 dəfə oxundu.