Rüstəm Orucov Avropa Cüdo Birliyinin Atletlər komissiyasına üzv seçilib
Azərbaycan cüdoçusu Rüstəm Orucov Avropa Cüdo Birliyinin (ACB) Atletlər komissiyasına üzv seçilib.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

“ACB bundan sonrakı fəaliyyətində Atletlər Komissiyasının dəstəyini alacaq və komissiyanın üzvləri təcrübələrinə arxalanaraq idmanın müxtəlif məsələlərinə cəlb olunacaqlar”- deyə ACB-nin rəsmi səhifəsində vitse-prezident Hrvoye Lindi bildirib.

Rüstəm Orucov Avropanın ən uğurlu cüdoçularından hesab olunur. O, 2017-ci və 2019-cu illərdə dünya çempionatlarında ikinci olub. 2016-cı ildə Avropa çempionatının qızıl medalını qazanıb və eyni miqyaslı yarışın 2019-cu ildə gümüş, 2017-ci, 2020-ci və 2022-ci illərdə bürünc mükafatçısı olub.

Qeyd edək ki, 2016-cı il Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı R.Orucov Milli Olimpiya Komitəsinin Atletlər komissiyasının sədri, AMADA İdmançılar məsləhətçi komissiyasının üzvüdür.

Xəbər 146 dəfə oxundu.