AFFA-nın İntizam Komitəsinin iclası keçirilib
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Premyer Liqada tur olmadığından bu dəfə yığıncaqda əsasən başqa məsələlər müzakirə olunub. Komitə üzvləri daha çox futzal üzrə Azərbaycan birinciliyinin yarımçıq dayandırılan “Baku Fire” – “Fənərbaxça” matçında baş verənlərə diqqət ayırıb.

Oyunun 30-cu dəqiqəsində “Baku Fire” klubunun təqsiri səbəbindən oyun yarımçıq dayandırıldığı üçün cəzalanan da bu komandanın üzvləri olub. Baş məşqçi Fuad Rzayev hakimə qarşı fiziki təsir göstərdiyi üçün 20 oyunluq cəzalanıb və cəza müddəti başa çatana kimi oyun keçirilən arenaya buraxılmır. Adıçəkilən çəkilən şəxsin peşəkar və ya həvəskarlar liqalarda məşqçi və ya futbolçu kimi fəaliyyəti cəza müddəti başa çatana kimi dayandırılıb.

Onun köməkçisi Əşrəf Əliyev hakimi təhqir etdiyi üçün 5, komandanın oyunçuları Rüfər Rzayev, Ümid Paşayev, İbrahim Zeynalov isə eyni hərəkətə görə hərəyə 4 oyunluq cəza alıb. Oyun “Baku Fire” klubunun təqsiri səbəbindən dayandırıldığı üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Baş məşqçinin döydüyü, məşqçi və futzalçıların söydüyü hakimlərinin idarəçiliyini qiymətləndirmək Hakimlər Komitəsinə tapşırılıb. Qurum bundan sonra İntizam Komitəsinə məlumat verməlidir.
affa.az

Xəbər 843 dəfə oxundu.