“Qəbələ” futbol klubu Azərbaycan Premyer Liqasında 500-cü matçını keçirib
“Qəbələ” futbol klubu Azərbaycan Premyer Liqasında 500-cü matçını keçirib. Komanda bu nailiyyətə Premyer Liqanın XXXII turunda “Səbail”ə qarşı keçirdiyi oyunda nail olub.

“Qəbələ” 17 mövsüm ərzində 196 qələbə qazanıb, 136 heç-heçə edib və 168 dəfə uduzub. Bu oyunlarda 611 qol vuran komanda 563 qol buraxıb. “Qırmızı-qaralar” Premyer Liqada 724 xal toplayıb.

“Qəbələ” çempionatın tarixində 500 və daha çox oyun keçirən 7-ci komandadır. Qəbələ şəhər stadionundakı matç 251-ci ev görüşü kimi qeydə alınıb. Digər 250 matç səfərdə baş tutub.

Xatırladaq ki, “Qəbələ” Premyer Liqada ilk oyununu 2006-cı il avqustun 5-də keçirib. Həmin vaxt “Gilan” adlanan komanda “İnter”lə ev sınağında qolsuz heç-heçə edib.

Xəbər 111 dəfə oxundu.