Qılıncoynadanımız Anna Başta Qran-Pri turnirində beşinci olub
Koreya Respublikasının paytaxtı Seulda qılıncoynatmanın sablya növü üzrə Qran-Pri turnirində şəxsi yarışlara yekun vurulub.

Qadın sablyaçılarımızdan ən güclü 8-liyə yüksələn Anna Başta yekun sıralamada 150-dən çox iştirakçı arasında 5-ci olub.

Mübarizəyə əsas mərhələdən başlayan A.Başta Türkiyə təmsilçisi İrina Şçukl (15:8), Palina Kapiaroviç (15:6) və çinli Kim Jiyeona (15:9) qalib gələrək ən güclü 8-liyə yüksəlib. Təmsilçimiz yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Qran-Prinin qalib başa vuran yunan Teodora Gkountaraya 12:15 hesabı ilə uduzub.

Digər təmsilçilərimizdən Palina Kaspiaroviç və Səbinə Kərimova da əsas mərhələyə yüksəlməyi bacarıblar. S.Kərimova 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə koreyalı Jisu Yuna məğlub olub - 6:15.

P.Kapiaroviç isə 16-lığa yüksəlmək uğrunda keçirilən qarşılaşmada Anna Baştaya uduzub.

Valeriya Bolşakova isə təsnifat mərhələsindən 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə Səbinə Kərimovaya11:15 hesabı ilə uduzub.

Xəbər 168 dəfə oxundu.