“Sabah” klubu “Beşiktaş”la keçiriləcək xeyriyyə oyunu ilə bağlı paylaşım edib | |
Bakının “Sabah” klubu Türkiyənin “Beşiktaş” komandası ilə keçiriləcək yoxlama oyunu ilə bağlı paylaşım edib. Bakı təmsilçisi sosial şəbəkə vasitəsilə İstanbul təmsilçisini qəbul edəcəyi üçün sevincli olduğunu bildirib. Paylaşımda bildirilib: “Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”. Qeyd edək ki, “Sabah” - “Beşiktaş” xeyriyyə oyunu mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. |
|
Xəbər 116 dəfə oxundu. |
|
|