Azərbaycan millisi UEFA inkişaf turnirinə qələbə ilə başlayıb
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA inkişaf turnirində bu gün ilk oyununu keçirib.

Farer adaları komandası ilə qarşılaşan futbolçularımız 4:2 hesabı ilə qələbə qazanıblar.

Komandamızın qollarını 50-ci və 90+3-cü dəqiqədə Əhməd Tarverdiyev, 85-ci dəqiqədə Ümid Səlimov, 90+5-ci dəqiqədə isə İslam İsmayılzadə vurublar.

Millimiz növbəti oyununu mayın 4-də Albaniya komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər 112 dəfə oxundu.