Paralimpiyaçımız güllə atıcılığı üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb
Azərbaycan paralimpiyaçısı Aybəniz Babayeva Almaniyanın Hannover şəhərində keçirilən güllə atıcılığı üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb.

Təmsilçimiz pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma (P2) yarışında ikinci yeri tutub.

Millinin digər üzvü Yelena Taranova da finala vəsiqə qazanıb və yarışı beşinci yerdə başa vurub.

Qeyd edək ki, turnir sentyabrın 17-29-da Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.

Xəbər 167 dəfə oxundu.