Nazirlik: Azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxs qanun qarşısında cavab verəcək
Son günlər mətbuatda məşqçi Mehman Xəlilovun Fərid Bakarov və digər uşaqlarla qəddarlıqla davranmasını əks etdirən video görüntülər yayılıb.

Gənclər və İdman Nazirliyi bununla bağlı məlumat paylaşıb.

Məlumatda qeyd olunub: “2016-cı il təvəllüdlü Fərid Bakarovun vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı diləyir. Allah rəhmət eləsin!”

Məlumatda hadisə ilə bağlı cinayət işinin qaldırıldığı və məşqçi M.Xəlilovun hüquq-mühafizə orqanları tərəfindən iş üzrə şübhəli şəxs qismində saxlanıldığı və azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxsin qanun qarşısında cavab verəcəyi qeyd olunub.

Xəbər 138 dəfə oxundu.